...

DİN Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçan daha 2 nəfərin tutulması ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 13 Yanvar 2014 13:21 (UTC +04:00)
Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanadan qaçanların hamısı tutulub.
DİN Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçan daha 2 nəfərin tutulması ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanadan qaçanların hamısı tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304-cü maddəsi (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) ilə axtarışda olanlar - Tural Abbasov və Yusif Məhərrəmov Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsindəki mənzillərdən birində tutulublar.

Qeyd edək ki, 2013-cü ilin noyabrın 15-də Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Tural Abbasov, Elvin Nəsrullayev, Razim Hacıyev və Yusif Məhərrəmov orada xidmətdə olan polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Xəstəxanadan qaçan digər iki nəfər isə bir müddət əvvəl saxlanılmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti