Gürcüstan, Tbilisi, 13 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Qar və buz bağlaması səbəbindən Mtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobi sahəsində nəqliyyat vasitələrinin hərəkətinə bir sıra məhdudiyyətlər qoyulub.
Gürcüstan İqtisadiyyat Nazirliyinin Avrotomobil yolları departamentindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qoşqu, yarımqoşqu və 30-dan artıq sərnişin üçün hesablanmış avtobusların hərəkətinə yalnız xüsusi zəncirlərin olması halında icazə verilir, digər nəqliyyat vasitələri üçün məhdudiyyətlər yoxdur.
Qudauri-Kobi sahəsində hərəkət uçqundan müdafiə tuneli vasitəsi ilə həyata keçirilir. Qoşqu, yarımqoşqu və 30-dan artıq sərnişin üçün hesablanmış avtobusların hərəkəti birtərəfli qaydada həyata keçirilir. Patrul polisi hərəkəti tənzimləyir.
Qalan magistrallarda isə hərəkətə məhdudiyyət qoyulmayıb.