...

İranda ən çox oğurluq cinayəti törədilir

Hadisə Materials 15 Yanvar 2014 13:42 (UTC +04:00)
İranda ən çox oğurluq cinayəti törədilir. Belə ki, sutka ərzində ölkədə 2000 oğurluq hadisəsi baş verir.
İranda ən çox oğurluq cinayəti törədilir

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir T.Cəfərov/

İranda ən çox oğurluq cinayəti törədilir. Belə ki, sutka ərzində ölkədə 2000 oğurluq hadisəsi baş verir. Bunu İranın Hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi Müqəddəm bu gün jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

İ.Ə.Müqəddəm bildirib ki, polis qüvvələri bu problemlə mübarizədə bütün güclərindən istifadə edir.

Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində (İranda il martın 21-də dəyişir) ölkədə oğurluq cinayətinin törədilməsi halları ötən illə müqayəsidə 26 faiz artıb. İ.Ə.Müqəddəm bunun səbəbini əhalinin iqtisadi durumunun zəif olması ilə əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti