...

Bakıda 5 gün əvvəl keçmiş məhkumu öldürən şəxsin kimliyi müəyyən edilib

Hadisə Materials 16 Yanvar 2014 13:09 (UTC +04:00)
Bakıda 5 gün əvvəl keçmiş məhkumu qətlə yetirmiş şəxsin kimliyi məüyyən olunub.
Bakıda 5 gün əvvəl keçmiş məhkumu öldürən şəxsin kimliyi müəyyən edilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda 5 gün əvvəl keçmiş məhkumu qətlə yetirmiş şəxsin kimliyi məüyyən olunub. Qatilin özü də keşmişdə məhkumluq həyatı yaşayıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının apardığı əməliyyat tədbirləri və istintaq hərəkətləri ilə yanvarın 11-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Novruzovun Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Əlişir Bəkirov tərəfindən qətlə yetirilməsi müəyyən edilib.

Ə.Bəkirovun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi Ağsu rayon sakini, əmisi, əvvəllər məhkum olunmuş Xaliq Bəkirzadənin həyətində aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti