Yeni məlumat əlavə olunub (İlk xəbər saat 11:11-də yayılıb)
Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Banqkokun mərkəzində hökumət əleyhinə nümayişçi qrupun üzərinə atılan qumbaranın partlması nəticəsində 28 nəfər xəsarət alıb.
Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, daha əvvəl 8 nəfərin xəsarət aldığı bildirilirdi.
Qumbara Sutxeb Txıaksubanın lideri olduğu nümayişçilərə atılıb. O, xəsarət almayıb.
Banqkokda müxalifət ölkənin müvəqqəti hökumətinin istefasını və növbədənkənar seçkilərin ləğv edilməsini tələb edir.