...

Jurnalist adı ilə məktəb direktorundan pul tələb edən qadın saxlanılıb

Hadisə Materials 18 Yanvar 2014 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Özünü jurnalist kimi təqdim edərək məktəb direktorundan pul tələb edən qadın saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 17-də özünü "Korrupsiya" qəzetinin əməkdaşı kimi təqdim etmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Faila İbrahimova Siyəkü kənd Orta Məktəbinin direktoru Hikmət Muradova hədə-qorxu gələrək 100 manat alarkən Astara RPŞ əməkdaşları tərəfindən tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti