...

Kürdəmirdə polisə tabe olmayan qadın dəhşətli cinayətin üstünü açıb

Hadisə Materials 23 Yanvar 2014 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Kürdəmirdə ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə polis şöbəsinə gətirilmiş şəxslərin cinayət əməlləri müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 21-də Kürdəmir rayonu Şilyan kəndinin ərazisində rayon sakinləri Cabir Əhmədov, Ayaz Cəfərov və Gəncə şəhər sakini Könül Məmmədova ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə Kürdəmir Rayon Polis Şöbəsinə gətiriliblər.

Araşdırma zamanı K.Məmmədova yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf edib. K.Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar Rayon Polis Şöbəsinə təhvil verilib.

Ucar RPŞ-də K.Məmmədovanın tanışı R.Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi və təqaüd kartını oğurlamaları, yanvar ayının 17-də K.Məmmədovanın cinayəti gizlətmək üçün S.Abdullayevanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fətəliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti