...

FHN:Lənkəranda mina və döyüş sursatları tapılıb

Hadisə Materials 23 Yanvar 2014 16:35 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Lənkəranda mina və döyüş sursatları tapılıb tapılması barədə rəsmi məlumat yayıb.
FHN:Lənkəranda mina və döyüş sursatları tapılıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyi Lənkəranda mina və top mərmilərinin tapılması barədə rəsmi məlumat yayıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Nazirliyin Cənub Regional Mərkəzinə Lənkəran şəhərində döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub. Dərhal Regional Mərkəzin xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bunlar 4 ədəd TM-62 markalı tank əleyhinə mina, 1 ədəd RÇ markalı mina, 2 ədəd 122 mm-lik top mərmisinin başlığı və patron darağında 80 ədəd 7.62 mm-lik döyüş patronlarıdır.

Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 14:17-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti