...

Sabirabadda ev yanıb, ölən var

Hadisə Materials 23 Yanvar 2014 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Sabirabadda yanmış evdə meyit tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Surra kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi səhəsi 18 kv.m qamışdan ibarət birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın kəşfiyyatı zamanı evdə Ə.M.Məlikovun yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti