...

ABŞ-da güclü qar ciddi problemlər yaradıb

Hadisə Materials 5 Fevral 2014 15:14 (UTC +04:00)
Güclü qar ABŞ-ın mərkəzi hissəsində nəqliyyatın hərəkətində ciddi problemlərə yol açıb.
ABŞ-da güclü qar ciddi problemlər yaradıb

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Güclü qar ABŞ-ın mərkəzi hissəsində nəqliyyatın hərəkətində ciddi problemlərə yol açıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, anomal yağıntı ölkənin mərkəzi ştatlarında dəmiryol və avtomobil nəqliyyatını sıradan çıxarıb, minlərlə aviareys ləğv edilib və təxirə salınıb.

Məlumata əsasən, qarlı-şaxtalı hava şəraiti yol qəzalarının sayının artmasına da səbəb olub. Belə ki, Kanzas ştatında yol qəzası zamanı 2 nəfər ölüb.

Ölkənin bəzi hissələrində elektrik xətlərinin donması elektrik enerjisinin təchizatında fasilələrə səbəb olub.

Ən çox qar Kanzas və Missuri ştatlarına yağıb. Həmin ştatlarda qar örtüyünün qalınlığı təqribən 20 santimetrə çatıb.

Kanzas qubernatoru Sem Braunbek ştatda fövqəladə vəziyyət elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti