...

Respublika Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan ərzisində 5 bala qədər hiss olunan zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB-5)

Hadisə Materials 10 Fevral 2014 16:09 (UTC +04:00)
Bakıda hiss ediləcək dərəcədə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan ərzisində 5 bala qədər hiss olunan zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB-5)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda hiss ediləcək dərəcədə zəlzələ baş verib.

Trend xəbər verir ki, Bakıda saat 16:07-də hiss ediləcək dərəcədə zəlzələ olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, zəlzələ Sumqayıt şəhərində də hiss olunub. Zəlzələ, həmçinin Azərbaycanın şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, cənub bölgəsində - Lənkəran, Astara, Masallı və digər rayonlarda hiss olunub.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumat verir ki, yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Trend Cənub TV-yə istinadən məlumat verir ki, bu dəqiqələrdə Lənkəranda 3,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ dah çox Lənkəranın cənub-şərqində hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti