...

ABŞ-da sənaye müəssisəsində güclü partlayış olub, yaralananlar var

Hadisə Materials 11 Fevral 2014 02:39 (UTC +04:00)
ABŞ-ın Nyu-Hempşir ştatının Piterboro şəhərindəki sənaye müəssisəsində güclü partlayış olub.
ABŞ-da sənaye müəssisəsində güclü partlayış olub, yaralananlar var

Azərbaycan, Bakı, 11 fevral /Trend/

ABŞ-ın Nyu-Hempşir ştatının Piterboro şəhərindəki sənaye müəssisəsində güclü partlayış olub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Patch.com portalına istinadən xəbər verir.

Portalın məlumatına əsasən, bazar ertəsi yerli vaxtla saat 15:30-da "New Hampshire Ball Bearings" şirkətinə məxsus kosmik və müdafiə sənayesi üçün podşipnik istehsalı zavodunda güclü yanğından sonra partlayış baş verib. Ən azı 8 nəfər xəsarət alıb.

Hazırda hadisə yerində bir neçə yanğınsöndürən briqada, həmçinin təhlükəli maddələrlə iş üzrə mütəxəssislər çalışır.

Xəbər lenti

Xəbər lenti