...

Gəncədə yol nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb (FOTO)

Hadisə Materials 20 Fevral 2014 23:30 (UTC +04:00)
Gəncədə yol nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
Gəncədə yol nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb (FOTO)

Azərbaycan, Bakı, 20 fevral / Trend /

Gəncədə yol nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:00 radələrində Şah İsmayıl Xətai prospektində baş verib.

Gəncə şəhər sakini 30 yaşlı Arzu Mirzəyev idarə etdiyi Hyundai Accent markalı avtomobillə Bakı istiqamətinə hərəkət edərkən 29 yaşlı Ceyhun Məmmədovun idarə etdiyi VAZ 2107 markalı avtomobillə toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, qəza VAZ 2107-nin sürücüsü Ceyhun Məmmədovun dönmə əməliyyatını yerinə yetirərkən baş verib və o, bədən xəsarətləri alıb. Sərxoş olan sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti