...

Bakıda 2 həftə əvvəl törədilmiş qətlə görə mərhumun qohumu həbs edilib

Hadisə Materials 3 Mart 2014 14:26 (UTC +04:00)
Bakıda 2 həftə əvvəl qətlə yetirilmiş qadının qohumu həbs edilib.
Bakıda 2 həftə əvvəl törədilmiş qətlə görə mərhumun qohumu həbs edilib

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/

Bakıda 2 həftə əvvəl qətlə yetirilmiş qadının qohumu həbs edilib.

Trend Bakı Şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin yaydığı birgə məlumata əsasən xəbər verir ki, prokurorluq və daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində qeyri-aşkar şəkildə törədilmiş qətlin açılması və cinayətin törədilməsində şübhəli bilinən şəxsin tutularaq istintaqa cəlb olunması təmin edilib.

Belə ki, fevalın 18-də Bülbülə qəsəbə sakini Güllərə Qurbanovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkar edilib. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən həmin qəsəbədə yaşayan mərhumun qohumu Elşən Vəliədov martın 1-də tutularaq istintaqa cəlb olunub, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti