...

Türkiyənin şimal-qərbində avtobus aşıb: 2 ölü, 20-dən artıq yaralı

Hadisə Materials 11 Mart 2014 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin Karabük vilayətində (ölkənin şimal-qərbi) sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı "Haber7" telekanalı yayıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həlak olub, 25 nəfər isə yaralanıb.

Qəzaya sürətin yol verilən həddən yüksək olması və yolun sürüşkənliyi səbəb olub.

İlkin məlumatlara görə, zərərçəkənlərin hamısı Türkiyə vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti