...

İranda dağ magistral yola uçub, 2 nəfər həlak olub

Hadisə Materials 31 Mart 2014 09:48 (UTC +04:00)
İranın 59-cu magistral yolunda (Tehran-Çalus magistralı) dağ uçqunu baş verib. Hadisə nəticəsində bir avtomobil uçqun altında qalıb, iki nəfər həlak olub.
İranda dağ magistral yola uçub, 2 nəfər həlak olub

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Cəfərov/

İranın 59-cu magistral yolunda (Tehran-Çalus magistralı) dağ uçqunu baş verib. Hadisə nəticəsində bir avtomobil uçqun altında qalıb, iki nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

Məlumata əsasən, ötən gecə baş vermiş hadisə nəticəsində Tehrandan Mazandaran əyalətinin Çalus bölgəsinə gedən yolda minlərlə avtomobil qalıb. Magistralda 10 km-dən çox məsafədə tıxac yaranıb.

Məlumatda həmçinin qeyd olunur ki, səhərədək yolun təmizlənməsi istiqamətində iş aparılıb və bu gün səhər yolu açmaq mümkün olub.

Hazırda həmin istiqamətdə gediş-gəliş bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti