Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/
Azərbaycanda ailə münaqişəsi zəminində qətllər baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 7-də Sumqayıt şəhəri ərazisində Həbib Həbibov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Nənəxanım Həbibovaya güldanla baş nahiyəsindən xəsarət yetirib.
N.Həbibova hadisə yerində ölüb.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həbibov tutulub.
Aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən "Bahar" yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və bıçaqla xəsarət yetirib.
T.Babayeva hadisə yerində ölüb.
R.Məmmədov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olub.
Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R.Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.