...

Mingəçevirdə çay evində qumarxana aşkar edilib

Hadisə Materials 16 Aprel 2014 12:21 (UTC +04:00)
Mingəçevirdə çay evində qanunsuz qumar oyunlarının təşkil edildiyi müəyyən olunub.
Mingəçevirdə çay evində qumarxana aşkar edilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Mingəçevirdə çay evində qanunsuz qumar oyunlarının təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəhriyar küçəsində yerləşən "Rəhman" çay evində şəhər sakinləri Elşad Əhmədovun, Fərrux Musayevin, Bayram Bayramlının və Şəki şəhər sakini Yusif Baqıyevin "On-line" qumar oyunlarının təşkil etmələri müəyyən edilib.

Baxış zamanı qumarxanada "On-line" qumar oyunları yazılmış 2 ədəd kompyuter dəsti, 3 ədəd "LCD" televizor, 1 ədəd qumar kuponlarını çap edən printer, 39 ədəd oyun kuponu və 200 manat məbləğində uduş pulu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti