Azərbaycan, Bakı, 17 aprel / Trend, müxbir R.Hafizoğlu /
Türkiyənin Nevşehir vilayətində məktəbliləri daşıyan avtobus aşıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin Anadolu agentliyi xəbər yayıb.
İlkin məlumatlara görə, yol qəzası nəticəsində bir nəfər həlak olub, 19 uşaq yaralanıb.
Məlumata görə, yol qəzasınasürücünün idarəetməni itirməsi səbəb olub.
Yaralanan məktəblilərin hamısı hadisə yerinə yaxın xəstəxanaya yerləşdirilib.