...

Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb, xəsarət alanlar var

Hadisə Materials 3 May 2014 11:00 (UTC +04:00)
Türkiyənin Konya vilayətində içərisində məktəblilərin olduğu avtobus aşıb.
Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Konya vilayətində içərisində məktəblilərin olduğu avtobus aşıb.

Trend-in məlumatına görə, bu barədə şənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, qəza nəticəsində 17 uşaq xəsarət alıb.

Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Xəsarət alan bütün məktəblilər yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti