...

Gəncədə yol qəzaları nəticəsində 2 nəfər xəsarət alıb (FOTO)

Hadisə Materials 3 May 2014 16:39 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini 31 yaşlı İzmir Nəbiyev xəsarətlərlə xəstəxana gətirilib.
Gəncədə yol qəzaları nəticəsində 2 nəfər xəsarət alıb (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Gəncədə yol qəzaları baş verib, xəsarət alanlar var.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini 31 yaşlı İzmir Nəbiyev xəsarətlərlə xəstəxana gətirilib. Məlum olub ki, İ.Nəbiyev Heydər Əliyev prospektində öz şəxsi avtomobilindən düşmək istəyərkən Samux rayon sakini Elşən Namazov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə onu vurub.

Yaralının sözlərinə görə, E.Namazov başqa bir avtomobillə ötüşürmüş və idarəetməni itirərək onu vurub. Həkimlər İ.Nəbiyevin vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Gəncə şəhər sakini 32 yaşlı Samir Məmmədov da yol qəzasında xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaxınlarının sözlərinə görə, Samir Məmmədov "VAZ 2101" markalı avtomobillə Gəncədən Goranboy istiqamətində gedərkən avtomobilin əyləc sistemi işləməyib və idarəetməni itirərək traktora çırpılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti