...

ARDNŞ ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 May 2014 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

Şirkətdən Trend-ə bildirilib ki, ARDNŞ-yə məxsus heç bir təhsil müəssisəsində yanğın baş verməyib. Təhsil müəssisəsinin binasının arxasında - tikinti aparılan sahədə tullantılar yandırılıb. Həmin yanğının tüstüsü isə binaya tərəf gəlib. Buna görə də ARDNŞ-yə məxsus təhsil müəssisəsindəki şəxslər evakuasiya ediliblər.

Yanğın artıq lokallaşdırılıb.

FHN-nin rəsmi saytının yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonunda hazırda tikintisi başa çatmamış ümumi sahəsi 3000 kv.m olan idman zalının xarici divarlarına vurulmuş plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb.

İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti