...

Daşkəsəndə avtomobil dərəyə yuvarlanıb, xəsarət alan var (FOTO)

Hadisə Materials 11 May 2014 00:28 (UTC +04:00)
Daşkəsəndə avtomobil dərəyə yuvarlanıb, xəsarət alan var.
Daşkəsəndə avtomobil dərəyə yuvarlanıb, xəsarət alan var (FOTO)

Azərbaycan, Bakı, 11 may / Trend /

Daşkəsəndə avtomobil dərəyə yuvarlanıb, xəsarət alan var.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, ötən gün axşam saat 21:00 radələrində Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən keçən hissəsində yol qəza hadisəsi baş verib.

Daşkəsən sakini 22 yaşlı Ramil Hüseynov idarə etdiyi VAZ 2109 markalı avtomobillə hərəkətdə olarkən anidən qarşısına iri buynuzlu heyvan çıxıb. Bu zaman idarə etməni itirən sürücü avtomobili dərəyə aşırıb.

Hadisə vaxtı sayıqlığı əldən verməyən sürücü Ramil Hüseynov avtomobili tez tərk edib. Buna baxmayaraq Hüseynov xəsarətdən qaça bilməyib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onu səhhətinin qənaətbəxş olduğunu deyirlər.

"Xəstədə bədəninin müxtəlif yerlərində əzniy və sıyırmalar var. Yaralı dərhal şöbədə rentgen müayinədən keçirilib və ona ilkin tibbi yaradım göstərilib. Hazırda stasionar müalicəsi davam etdirilir. Vəziyyəti kafidir", - həkim Rəfail Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti