Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 11-də Səbai rayonu Bibiheybət qəsəbəsinin ərazisində Bakı şəhər sakini Azər Abdullayevin meyiti tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri görünməyib.
Faktla bağlı araşdırma aparılır.