...

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə Materials 18 May 2014 09:18 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var.
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 18 may /Trend/

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində "MG" və "BMW" markalı minik avtomobilləri toqquşublar. Nəticədə, hər iki avtomobil ağır deformasiyaya uğrayıb, "MG" markalı minik avtomobilində isə 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsi ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti