...

Bakıda avtomobildən 50 min manata yaxın pul oğurlamış dəstənin 4 üzvü tutulub

Hadisə Materials 19 May 2014 11:12 (UTC +04:00)
Bakıda avtomobildən 50 min manata yaxın pul oğurlamış dəstənin biri qadın olmaqla 4 üzvü tutulub.
Bakıda avtomobildən 50 min manata yaxın pul oğurlamış dəstənin 4 üzvü tutulub

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobildən 50 min manata yaxın pul oğurlamış dəstənin biri qadın olmaqla 4 üzvü tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 5-də Binə qəsəbəsi, Atçılıq massivində orada yaşayan Məmmədəli Hüseynova məxsus "Hyundai" markalı avtomobildən şüşəni sındırmaqla saxlanc yerindən 47 min manat oğurlanıb.

Xəzər rayon Polis İdarəsi Cinayət-axtarış şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Mollayeva, Masallı rayon sakinləri Ariz Ağayev, Tural Qafarov və Rəsul Bayramov tutulublar.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti