...

Serbiyada daşqınlar nəticəsində 20 nəfər həlak olub

Hadisə Materials 20 May 2014 16:46 (UTC +04:00)
Serbiyada daşqınlar nəticəsində 20 nəfər həlak olub, 30 mindən çox insan təxliyyə edilib.
Serbiyada daşqınlar nəticəsində 20 nəfər həlak olub

Azərbaycan, Bakı, 20 may /Trend/

Serbiyada daşqınlar nəticəsində 20 nəfər həlak olub, 30 mindən çox insan təxliyyə edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkə hakimiyyəti xəbər yayıb.

Regionu əhatə edən daşqınlara səbəb ötən həftənin çərşənbə günündən yağan leysan yağışlar olub. Hazırda yağışlar kəsib, lakin çayların məcradan çıxması və sürüşmə ilə bağlı təhlükə hələ də qalır.

Həlak olanların əksəriyyəti, yəni 14 nəfəri Belqrad yaıxnlığındakı Obrenovats şəhərindəndir.

Hazırda daşqın qurbanlarının sayı dəqiqləşdirilir. Suyun çəkilməsindən sonra onların sayı arta bilər.

Təbii fəlakət nəticəsində ölkədə 2,2 mindən artıq obyekt su altında qalıb, daha 1,7 min obyektə ziyan dəyib, 3 min kilometr avtomobil yolu zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti