Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/
Tovuz rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 21-də Tovuz rayonu Xatınlı kəndinin ərazisində Tovuz rayon Paylayıcı Elektrik Şəbəkəsinin işçisi, Aşağı Öysüzlü kənd sakini Qəhrəman Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.