...

Yevlaxda iki yük avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb

Hadisə Materials 29 May 2014 13:54 (UTC +04:00)
Yevlaxda iki yük avtomobili toqquşub, sürücülərdən biri avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yevlaxda iki yük avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Yevlaxda iki yük avtomobili toqquşub, sürücülərdən biri avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Yevlax-Bərdə yolunda "SHACMAN" və "İSUZİ" markalı iki yük avtomobili toqquşub.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, "SHACMAN" markalı minik avtomobilində olan 1 nəfər sərnişin deformasiyaya uğramış avtomobilin içində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 12:20-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti