Azərbaycan, Bakı, 3 iyun /Trend/
Abşeronda batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonunda 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 50 m məsafədə, nəzarət olunan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.