...

Gəncədə qeyri-qanuni lotereya oyunları təşkil edilən yeməkxana aşkar edilib

Hadisə Materials 3 İyun 2014 13:35 (UTC +04:00)
Gəncə şəhər sakininin qeyri-qanuni lotereya oyunları təşkil etməsi müəyyən edilib.
Gəncədə qeyri-qanuni lotereya oyunları təşkil edilən yeməkxana aşkar edilib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Gəncə şəhər sakininin qeyri-qanuni lotereya oyunları təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini Nicat Əlizadə saxlanılıb.

Onun şəhərin Nizami küçəsində içarəyə götürdüyü yeməkxanada qeyri-qanuni lotereya oyunları təşkil etməsi müəyyən edilib.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti