...

Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş vermiş qəza ilə əlaqədar cinayət işi açılıb

Hadisə Materials 5 İyun 2014 17:22 (UTC +04:00)
Trend Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, iyunun 5-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Əliyev Elnur İlqar oğlunun idarə etdiyi 1 saylı marşrut xətti üzrə hərəkətdə olan "Daewoo" markalı sərnişin avtobusu, Əliyev Elnur Elman oğlunun idarə etdiyi 36 saylı marşrut xətti uzrə hərəkətdə olan "İsuzu" markalı sərnişin avtobusu və Həsənov Müşviq Zaur oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub.
Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş vermiş qəza ilə əlaqədar cinayət işi açılıb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş vermiş qəza ilə əlaqədar cinayət işi açılıb.

Trend Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, iyunun 5-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Əliyev Elnur İlqar oğlunun idarə etdiyi 1 saylı marşrut xətti üzrə hərəkətdə olan "Daewoo" markalı sərnişin avtobusu, Əliyev Elnur Elman oğlunun idarə etdiyi 36 saylı marşrut xətti uzrə hərəkətdə olan "İsuzu" markalı sərnişin avtobusu və Həsənov Müşviq Zaur oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 36 saylı sərnişin avtobusunun sürücüsü Elnur Əliyev, həmin avtobusun sərnişinləri Tural Mehdiyev, Güloğlan Sultanov, Mirhəsən Babayev, Nail Mahmudov, Qurban Dəmirçiyev, Rasim Qəhrəmanov, Sehran Həsənova, Yeganə Bağırova və Əli Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkmişlərdən E.Əliyev, T.Mehdiyev, G.Sultanov və M.Babayev aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib, digərilərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti