...

Tbilisidəki zooloji parkda pələnglər üç gəncin üzərinə hücum ediblər

Hadisə Materials 8 İyun 2014 16:34 (UTC +04:00)
Tbilisidəki heyvanat parkında üç gəncin üzərinə pələnglər hücum edib.
Tbilisidəki zooloji parkda pələnglər üç gəncin üzərinə hücum ediblər

Gürcüstan, Tbilisi, 8 iyun /Trend, müxbir N.Kirtsxalia /

Tbilisidəki heyvanat parkında üç gəncin üzərinə pələnglər hücum edib.

Hadisə dünən üç gəncin zooloji parkın hasarını aşıb və qadağan olunmuş əraziyə pələnglərlə volyerin yanına düşəndə baş verib.

İki pələng pəncələri ilə bir gənci sürüyüb aparmaq istəyib.

Digər iki gənc isə dostunu yırtıcıların əlindən almaq istəyiblər. İnsident zamanı hər üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Zooloji parkın mühafizəsi patrul polisini və təcili tibbi yardımı çağırıb, bununla da yaralılar respublika xəstəxanasına aparılıblar.

Zooloji parkın müdiriyyətinin Trend-ə verdiyi məlumata görə, hazırda xəsarət alanlardan ikisi artıq evə buraxılıb, biri isə ağır vəziyyətdə reanimasiya şöbəsində saxlanılır.

Xəbər lenti

Xəbər lenti