...

Türkiyə paytaxtında ağır yol qəzası baş verib, həlak olanlar var

Hadisə Materials 14 İyun 2014 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, yol qəzasında iki nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Türkiyə vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti