...

Siyəzəndə yol qəzası olub, xəsarət alan var

Hadisə Materials 18 İyun 2014 09:32 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Qalaşıxı kəndində (rayon mərkəzindən 15 km aralı) "UAZ" markalı yük avtomobili yolun kənarına aşıb.
Siyəzəndə yol qəzası olub, xəsarət alan var

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Siyəzəndə yol qəzası olub, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Qalaşıxı kəndində (rayon mərkəzindən 15 km aralı) "UAZ" markalı yük avtomobili yolun kənarına aşıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil deformasiyaya uğrayıb, sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:55-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti