...

Bakıda axtarışda olan iki nəfər tutulub

Hadisə Materials 18 İyun 2014 10:34 (UTC +04:00)
Bakıda dələduzluğa və qəsdən sağlamlığa yüngül zərər vurmaya görə axtarışda olan iki nəfər tutulub.
Bakıda axtarışda olan iki nəfər tutulub

Azərbaycan, Bakı, 18 iyun /Trend, İlkin İzzət/

Bakıda dələduzluğa və qəsdən sağlamlığa yüngül zərər vurmaya görə axtarışda olan iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi (RPİ) 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1970-ci il təvəllüdlü İstambul Əmirov tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Coşqun Rəfiyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti