Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlkin İzzət/
Zərdab rayon sakini yıxılaraq göldə boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 19-da Zərdab rayonu, Məlikli kəndinin ərazisində kənd sakini Əlikram Bəşirov göldə qayıqdan yıxılaraq suda boğulub.
Hadisə baş verən vaxt Ə.Bəşirov qayıqla göldə balıq tuturmuş.