...

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 8 nəfər yaralanıb

Hadisə Materials 20 İyun 2014 18:05 (UTC +04:00)
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 8 nəfər yaralanıb.
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 8 nəfər yaralanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib, 8 nəfər yaralanıb.

Trend xəbər verir ki, Qaradağ rayonunda "Meyvəli" Ticarət Mərkəzinin yaxınlığında 196 saylı xətt avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 8 nəfər xəsarət lalıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Yaralılardan 4 nəfəri Akademik M.Mirqasımov adına Respublika Klinik Mərkəzə, digər 4 nəfəri isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda yaralıların vəziyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı yol polisi hadisə yerində araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti