Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/
Bakıda təqaüdçü qadının hesabından pul oğurlamış şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 18-də Buzovna qəsəbə sakini Mürsəl Kazımova məxsus Beynalxalq banka aid təqaüd kartı oğurlanıb və Səbail rayonu ərazisində hesabından 194 manat çıxarılıb.
Xəzər Rayon Polis İdarəsu 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Samir Paşayev tutulub.