...

Spirtli içki qəbul edən Göyçay sakini su kanalında boğulub

Hadisə Materials 21 İyun 2014 12:44 (UTC +04:00)
Spirtli içki qəbul edərək çimməyə gedən Göyçay rayon sakini su kanalında boğulub.
Spirtli içki qəbul edən Göyçay sakini su kanalında boğulub

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Spirtli içki qəbul edərək çimməyə gedən Göyçay rayon sakini su kanalında boğulub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qaraxıdır kəndində baş verib.

27 yaşlı Elşad Həmidov yaşadığı kənddə keçirilən toy mərasimində dostları ilə yeyib-içdikdən sonra onlarla birgə yaxınlıqdakı su kanalında çimməyə gedib.

Spirtli içki qəbul edən E.Həmidov dostları ilə kanalda çimərkən qəflətən suda boğulub. Hadisə şahidlərinin sözlərinə görə, gənclərin hamısı spirtli içki qəbul etdikləri üçün boğulana kömək edə bilməyiblər.

Kəndə çağırılan Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də bir uşaq atası olan E.Həmidovun həyatını xilas edə bilməyiblər. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti