Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/
Zaqatala rayon sakini Bakıda dənizdə çimərkən boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də Zaqatala rayon sakini Kamil Bulacov Novxanı dəniz çimərliyində çimərkən suda boğulub.
K.Bulacovun meyiti sudan çıxarılıb.