...

Bakıda 4 ay əvvəl hoteldə quldurluq etmiş daha bir şəxs tutulub

Hadisə Materials 23 İyun 2014 12:51 (UTC +04:00)
Bakıda 4 ay əvvəl höteldə quldurluq edərək Bakı sakinin külli miqdarda pulunu almış şəxsərdən ikincisi də tutulub.
Bakıda 4 ay əvvəl hoteldə quldurluq etmiş daha bir şəxs tutulub

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda 4 ay əvvəl hoteldə quldurluq edərək Bakı sakinin külli miqdarda pulunu almış şəxsərdən ikincisi də tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə hədələyərək ondan 5547 manat və 3405 ABŞ dollar alıblar.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Famil Camalov fevralın 24-də, cinayətin digər iştirakçı 1988-ci il təvəllüdlü Vüsal Qasımov isə iyunun 22-də tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti