...

Goranboyda bıçaqlanma hadisəsi baş verib

Hadisə Materials 15 İyul 2014 13:24 (UTC +04:00)
Bu gün gecə saat 2 radələrində Goranboy rayonu Goran qəsəbəsi ərazisində bıçaqlanma baş verib, bir nəfər ağır yaralanıb.
Goranboyda bıçaqlanma hadisəsi baş verib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Bu gün gecə saat 2 radələrində Goranboy rayonu Goran qəsəbəsi ərazisində bıçaqlanma baş verib, bir nəfər ağır yaralanıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 35 yaşlı Samır Alıyev şəxsi münasibətlər zəminində həmyerlisi 33 yaşlı Ruslan Nuriyevə bir bıçaq zərbəsi vurub. Zərərçəkmiş yaxınlıqdakı insanların köməkliyi ilə dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatıdırılıb.

Xəstəyə ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından Gəncə şəhər TTYX-nın Cərrhaiyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Samır Alıyev Goranboy polisi tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Şöbədən verilən məlumata görə, hər iki şəxs Goran qəsəbəsi ərazisində gecə saatlarında kiçik ticarətlə məşğul olurlar.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən cinayət işi qaldırılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti