...

Türkiyədə avtobus aşıb, ölən və xəsarət alanlar var

Hadisə Materials 13 Avqust 2014 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust/Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Aksaray vilayətində sərnişin avtobusu aşıb. Bu barədə Trend "Milliyet" qəzetinə istinadən məlumat verir.

İlkin məlumata görə, yol qəzası nəticəsində 8 nəfər ölüb və 15-dən çox yaralı var.

Qəza yerində xilasedicilər və təcili tibbi yardım briqadası işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti