Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Xaçmaz rayonu Qaraçı kəndinin ərazisindən kənd sakini Məzahir Əliməmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İbrahim Teymurov tutulub.