...

Azərbaycanda dövlət sərhədindən qanunsuz keçirilməsi nəzərdə tutulan 78 min manatlıq dərman preparatları aşkarlanıb (FOTO)

Hadisə Materials 15 Avqust 2014 17:36 (UTC +04:00)
Azərbaycan sərhədçiləri dövlət sərhədindən qanunsuz keçirilməsi nəzərdə tutulan dərman preparatları aşkarlayıblar.
Azərbaycanda dövlət sərhədindən qanunsuz keçirilməsi nəzərdə tutulan 78 min manatlıq dərman preparatları aşkarlanıb (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycan sərhədçiləri dövlət sərhədindən qanunsuz keçirilməsi nəzərdə tutulan dərman preparatları aşkarlayıblar.

Trend xəbər verir ki, DSX-nin mətbuat xidmətinin bu gün verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən rejim tədbirləri çərçivəsində avqustun 7-də "Samur" sərhəd nəzarəti məntəqəsinin xidməti ərazisində gizlədilmiş halda dövlət sərhədindən qanunsuz keçirilməsi üçün yığılmış 4 ədəd bağlamada ümumi çəkisi 80 kq, ümumi dəyəri 78 min manat dərman preparatları - "Dyufalak" 200 mq flakonda 80 ədəd, "Prostomol-uno" 90 qutu hər qutuda 30 ədəd, "Eryus" 340 qutu hər qutuda 10 ədəd, "Dnestatksin" 370 qutu hər qutuda 30 ədəd, "Litomin" 130 ədəd, "Yarina" 370 qutu hər qutuda 21 ədəd, "Manil" 120 flakon aşkar olunaraq görülüb.

10.08.2014-cü il tarixdə saat 05:10 radələrində Qazax rayon ərazisində yerləşən "Sınıq körpü" sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliy­yat məlumatı əsasında sərhəd naryadı tərəfindən Kür çayın­­da 1 nəfər naməlum şəxsin 2 ədəd qayıq­la Gürcüstandan Azərbaycan isti­qa­mətində Dövlət Sərhədini pozmağa cəhd etməsi müşahidə olun­ub. Sərhəd naryadı şəxsi saxlamaq istəyərkən o, qayıq­lar­dan birində geri üzmə­yə nail olub. Digər qayığa baxış zamanı 95 ədəd "Tsarskaya vodka" markalı araq və 26 qutu müxtəlif adda pirotexniki vasitələr aşkar olunub.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti