Azərbaycan, Bakı, 21 avqust /Trend/
İsmayıllı rayonunun Topçu kəndində Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İ.Azayev hadisə yerində ölüb, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib, C.Azayev orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
İsmayıllıda iki avtomobil toqquşub, ölənlər var
İsmayıllı rayonunun Topçu kəndində Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.
