...

DİN: Ağcabədidəki avtomobil qəzasında iki nəfər ölüb, iki nəfər yaralanıb

Hadisə Materials 26 Avqust 2014 12:30 (UTC +04:00)
Ağcabədi rayonunda “Chevrolet” və “VAZ-2109” markalı avtomobillər toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.
DİN: Ağcabədidəki avtomobil qəzasında iki nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/

Ağcabədi rayonunda "Chevrolet" və "VAZ-2109" markalı avtomobillər toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 25-də saat 08 radələrində Ağcabədi rayonu Qaradolaq kəndində Rusiya Federasiyası vətəndaşı Elşən Quliyevin idarə etdiyi "Chevrolet" və Saatlı rayon sakini Raul Qarayevin idarə etdiyi "VAZ-2109" markalı avtomobillər toqquşub.

R.Qarayevin sərnişinləri - Beyləqan rayon sakinləri Ramil İbadlı və Amid İsmayılov hadisə yerində ölüb, özü, habelə E.Quliyevin iki sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti