...

Bakıda avtomobil qaçırmış keçmiş məhkum tutulub

Hadisə Materials 3 Sentyabr 2014 11:30 (UTC +04:00)
Bakıda avtomobil qaçırmış keçmiş məhkum tutulub.
Bakıda avtomobil qaçırmış keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobil qaçırmış keçmiş məhkum tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, avqustun 29-na keçən gecə paytaxtın Hüseyn Cavid prospektindən Rahib Səfərova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

DİN NHİX-TŞ, ÇPA, Yasamal RPİ PPXB, DYPŞ və 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil sentyabrın 2-i saat 01:30 radələrində A.Abbasov, küçəsində üzərində avqust ayında Nəsimi rayonu Q.Quliyev küçəsində Zarema Saarbəyovaya məxsus "Chevrolet-Aveo" markalı avtomobildən oğurlanmış hər iki dövlət nömrə nişanı ilə birlikdə aşkar edilib. Avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Fuad Əsədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti