Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Dünən axşam saat 22:00 radələrində Gəncənin 4 saylı şəhər qəbiristanlığında silahlı insident baş verib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Nizami prospekti 10/2 ünvanında qeydiyyatda olan şəhər sakini 31 yaşlı Zaməddin Fərəcov şəxsi münasibətlər zəminində hələ ki adı istintaqa məlum olmayan şəxs tərəfindən "Vinçester" markalı silahla güllələnib.
Ayaq nahiyəsindən ağır xəsarət alan zərərçəkən Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb və hadisəni törədən şəxsin axtarılması istiqamətində iş aparılır.